waplog

Piter Çati 2012-ci il üçün proqnoz verdi


“Sorenson Media” şirkətinin prezidenti və icraçı direktoru Piter Çati televiziya və onlayn video bazarının inkişafı haqqında fikirlərini bölüşüb. Qeyd edək ki, “Sorenson Media” şirkəti kodeklərin hazırlanması ilə məşğuldur.

Cənab Çatinin fikrincə, 2012-ci ildə "ağıllı" “Apple” televizorunun yaranmasını gözləmək olar. "Alma" şirkətinin TV-panellər hazırlaması ilə məşğul olması haqqında şayiələr çoxdan gedir. Televizorların “Apple” şirkətinin onlayn xidmətləri ilə əlaqəli olacağı gözlənilir: istifadəçilər musiqi və film daxil olmaqla, müxtəlif multimedia məzmununu yükləyə biləcəklər.

Videoya baxmaq üçün istifadəçilər mediaplanşetlərdən daha aktiv istifadə edəcəklər.
Cənab Çati hesab edir ki, 2012-ci ildə “Google TV” platforması inkişaf etməyə davam edəcək. Qeyd edək ki, “Google TV” ənənəvi televiziya yayımı və interneti birləşdirir.

Platforma televiziya ekranı vasitəsilə veb-axtarış vasitələrinə, həmçinin əyləncə, informasiya və digər şəbəkə resurslarına giriş imkanı verir.Smartfon kameraları vasitəsi ilə çəkilmiş videomaterialların sayı artacaq.

Nəhayət, Piter Çati hesab edir ki, yüksək dəqiqlikli videoları  dəstəkəyən müxtəlif aparat həllərinə tələbat artımını gözləmək lazımdır.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL