waplog

Yeni qatlanan “Samsung” smartfonlarının buraxılış tarixi açıqlanıb


“Samsung” şirkəti avqustda rəsmən təqdim ediləcək elastik ekranlı smartfonların növbəti nəslinin istehsalına başlayıb. Bu barədə “Gizmochina” nəşri məlumat yayıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “RIA Novosti” resursuna istinadən yazır ki, söhbət “Galaxy Z Fold 3” və “Galaxy Z Flip 3” modellərindən gedir. Cənubi Koreya şirkəti artıq bu smartfonların istehsalına başlayıb və onların hər biri üçün gündəlik sifariş rekord 50 və 70 min ədədə çatıb. “Samsung” ümumilikdə 7 milyon yeni nəsil qatlanan smartfon buraxmaq niyyətindədir.

 

Blogerlərin sözlərinə görə, “Galaxy Z Fold 3” və “Galaxy Z Flip 3” smartfonlarının dünya üzrə təqdimatı avqustun 3-də keçiriləcək. Onların “Samsung” tərəfindən ənənəvi olaraq əsas rəqib hesab edilən yeni “iPhone” modelləri buraxılmazdan əvvəl satışa çıxarılması nəzərdə tutulur.

 

“Galaxy Z Fold 3” və “Galaxy Z Flip 3” smartfonlarının, xüsusilə elastik ekranlı qatlanan sonuncu modelin əvvəlki qurğulardan daha ucuz olacağı gözlənilir.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL