waplog

Amerikalı girovu “Facebook” sayəsində xilas ediblər


Solt-Leyk-Siti sakinini 1 yarım yaşında uşağı ilə birlikdə “Facebook” şəbəkəsində yazılmış mesaj əsasında xilas ediblər,- “AP” yazıb. Onlar 5 gün ərzində şəxsi mənzillərində girov saxlanılıblar. Onları saxlayan isə 33 yaşlı Troy Kritçfild idi.

O, 5 gün ərzində qadını döyüb və onun kömək çağıra bilməməsi üçün mobil telefonları götürüb. Girov noutbukla anbarda gizlənə bilib. Noutbuk vasitəsi ilə isə “Facebook” sosial şəbəkəsində mesaj yazıb.

Qadın mesajda yazıb ki, əgər yaxın saatlarda kömək edilməsə, səhər onu uşağı ilə birlikdə öldürəcəklər.
Mesajı oxuyan tanışlardan biri isə polis çağırıb. "Facebook” evdə yeganə  əlaqə vasitəsi olub. Qadının ondan istifadə etməsi əla olub" – polis bildirib. Belə cinayətə görə artıq ittiham edilmiş Troy Kritçfild hal-hazırda şəhər həbsxanasında saxlanılır.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL