waplog

4 min dollar dəyərində noutbuk


Yaponiyanın "Mouse Computer" şirkəti məhsuldar "i950PA5-SP" noutbukunu təqdim edib. Noutbuk 17,3 düymlü "Full HD" kəskinlikli ekranla təchiz olunub və qiyməti 300 min yen (təxminən $3900) təşkil edəcək. Leptopu yalnız Yaponiyada almaq mümkündür.

"Mouse Computer i950PA5-SP" noutbuku "İntel Core i7-2960XM" prosessoruna əsaslanır. Bu, 2.7 QHz takt tezliyində işləyən dördnüvəli çipdir. Üçüncü səviyyəli (L3) keş yaddaşın tutumu 8 Mbaytdır. Belə prosessorun qiyməti təxminən $1000 təşkil edir.

Noutbukda əməli yaddaş tutumu 32 Qbaytdır. Hər biri 120 QB tutumunda olan 2 ədəd SSD daşıyıcı, "Blu-ray" qurğusu, 2 QB video yaddaşa malik  "NVİDİA GeForce GTX580M" videokartı, "Wi-Fi" və "Bluetooth 3.0" modulları ilə təchiz edilib.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL