waplog

Xaricə göndərdiyiniz məktubun harada olduğunu necə öyrənə bilərsiniz?


Kənd poçt şöbələrindən qəbul edilən ölkədaxili və beynəlxalq poçt göndərişləri  skaynerlə köçürülərək ümumi kompyuter şəbəkədə qeydiyyatı aparılacaq”. Azərpoçt”MMC-dən verilən məlumata görə, hal-hazırda bütün mərkəzi poçt şöbələrində həyata keçirilən bu əməliyyat yaxın gələcəkdə kənd poçt şöbələrində də tətbiq ediləcək.

Xatırladaq ki, əvvəllər məktubların qeydiyyatı 3 rəqəmli simvol olmaqla əllə həyata keçirilirdi. Artıq beynəlxalq standartlara  uyğun olaraq poçt göndərişlərinin üzərində 13 simvollu ştrixkoddan istifadə olunur.

Poçt şöbəsində qəbul edilən məktubun üzərinə bu 13 rəqəmli simvol vurularaq skayner vasitəsilə surəti köçürülərək kompyuter şəbəkəsinə daxil edilir.

Bununla da vətəndaşlar ev və ofislərini tərk etmədən “azerpost.az” ünvanına daxil olmaqla məktublarının harada olmasını öyrənə bilərlər.  
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL