waplog

Xəzər dənizində yerləşən adalarda müasir poçt sistemi


Neft Daşlarında 68 və Cilov adasında 64 saylı poçt şöbələri tərəfindən müştərilərə bütün poçt xidmətlərinin göstərilməsində heç bir problem yoxdur.
Bu barədə məlumat verən 4 saylı poçt filialının rəisi Yaşar Seyidov bildirib ki, hər iki məntəqəyə poçtun çatdırılması Dövlət Neft Şirkətinin vertolyotları vasitəsilə həyata keçirilir. “Hər gün poçt göndərişləri mübadilə avtomobilləri ilə Pirallahı qəsəbəsinə yola salınır. Oradan da vertolyotlarla məntəqələrə çatdırılır ” - deyə Y.Seyidov qeyd edib.
Qeyd edək ki, Neft Daşlarında poçtla əlaqə kommutator vasitəsilə həyata keçirilir. Poçt şöbələrində kompyuter yerləşdirmək mümkün olmadığından teleqramların göndərilməsi telefon vasitəsilə həyata keçirilir. Xatırladaq ki, hər iki məntəqə Xəzər dənizində yerləşir və poçt şöbələri müvafiq binalarda olmaqla tələblərə cavab verir.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL