waplog

Dünyanın ən nazik planşeti təqdim edildi


“CES 2012” istehlak elektronikası sərgisinin rəsmi açılışı sabah olacaq, lakin  artıq bu gün bir çox şirkətlər öz stendlərini təqdim ediblər və yeni məhsullarını nümayiş etdiriblər.

Məsələn, “Toshiba” şirkəti hələ çıxmamış “Windows 8” əməliyyat sistemi ilə işləyən "ultrabuk" nümunəsini təqdim edib. Bu barədə, “SlashGear” xəbər verib.

Model 1,3 QHz takt tezliyində işləyən “İntel Core i3” prosessoru, 14 düymlü  ekran, 4 QB əməli yaddaş, 128 QB tutuma malik SSD daşıyıcı, daxili qrafika,  “USB 3.0” və “2.0” portları, “HDMİ” çıxış və kardrider ilə təchiz edilib.

Leptop nazik alüminium korpusda hazırlanıb və şahidlərin sözlərinə əsasən, çəkisi azdır. Yaponiyanın “Toshiba” şirkəti qurğunun qiymətini və çıxış tarixini dəqiqləşdirməyib.“Toshiba” şirkəti “CES 2012” sərgisinə, həmçinin “Excite X10 (Regza AT700)” qurğusunu gətirib.

Şirkət onu dünyada ən nazik planşet adlandırır. Modelin qalınlığı 7,6 mm, çəkisi təxminən 550 qr təşkil edir. Aparat maqnezium ərintisindən olan korpusda hazırlanıb və ekranı “Gorilla Glass” şüşəsi ilə qorunur.

“Toshiba Excite X10” planşeti 10,1 düymlü 1280x800 piksel kəskinlikli ekranla, 1.2 QHz takt tezliyi ilə işləyən ikinüvəli “TI OMAP 4420” prosessoru, 1 QB əməli yaddaş və 2 kamera ilə təchiz olunub.

Planşet “microUSB”, “miniHDMİ” portları və “microSD” slotu ilə təchiz edilib. Qurğunun ABŞ-da satışlarına cari ilin birinci rübündə başlanılacaq. 16 Qbaytlıq versiyanın qiyməti 530 dollar təşkil edəcək. Əvvəlcə aparat “Android 3.2” mobil əməliyyat sistemi ilə işləyəcək, lakin “Toshiba” sonradan  onu “Android İce Cream Sandwich (4.0)” əməliyyat sisteminədək  yeniləyəcəyinə söz verib.
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL