waplog

“Nokia” yeni smartfonunu təqdim edib


“Nokia” şirkəti bu gün yeni “Lumia 900” smartfonunu təqdim edib. Smartfon həm də şirkətin “LTE” şəbəkəsi ilə işləyən ilk qurğusudur. Smartfon hələ ki yalnız ABŞ-da əlçatandır. Yeni qurğunu “Nokia” şirkətinin baş direktoru Stiven Elop və “Microsoft” korporasiyasının rəhbəri Stiv Ballmer təqdim ediblər.

“Nokia” şirkəti “Lumia 900” smartfonunun qiymətini hələ bildirməyib. Smartfon 4,3 düymlü sensor ekrana, HD video çəkmək imkanı ilə 8 meqapikselli kameraya, 1.4 QHz takt tezlikli “Qualcomm Snapdragon”  mikroprosessoruna, 16 Qb daxili yaddaşa və 1830 mA/saat tutumlu akkumulyator batareyaya malikdir.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL