waplog

Kompyuter oyunları üzrə qaliblər müəyyənləşib


Yeniyetmə və gənclər arasında kompyuter oyunları üzrə VI milli çempionatın final mərhələsi keçirilib.
Gənclər və İdman Nazirliyinin Kompyuter Oyunları Milli Assosiasiyası ilə birgə keçirdiyi yarışda iştirakçılar 7 oyun növü üzrə mübarizə aparıb.
May ayından başlayan çempionatda hər komandada 5 iştirakçı olub. Counter – strike və Fifa, Tekken oyunları üzrə birinci yeri tutmuş iştirakçılar bu il Koreya Respublikasında keçiriləcək növbəti dünya kompyuter oyunları çempionatında iştirak edəcəklər.
Kompyuter Oyunları üzrə Milli Assosiasiyanın prezidenti Ramil Əliyev bildirib ki, çempionat gənclər arasında yeni informasiya texnologiyalarının təbliğ olunması, kompyuter oyunlarının inkişaf etdirilməsi, gənclərin asudə vaxtının səmərəli və mənalı təşkilində yeni üsulların tətbiqi məqsədilə keçirilir.
Builki çempionatda paytaxtla yanaşı, ölkəmizin bölgələrindən də oyunçular iştirak edib.
Yarışın nəticələrinə görə Fifa, Counter-strike, Tekken, Point Black, Unreal Tournament, Call of Duty, Dota komandaları 1-ci yerə sahib olub.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL