waplog

“Kabel TV” daha bir filial açdı


Qaradağ rayonunun Lökbatan qəsəbəsində “KATV1” kabel televiziya operatorunun filialı açılıb.
Kabel televiziya operatorunun abonentləri Lökbatan filialında şirkətin fəaliyyəti barədə məlumat əldə edə bilər, kabel şəbəkəsinə qoşulmaq üçün sifariş verə bilərlər.

Ödənişlərin qəbulu, paketlərin siyahısında dəyişikliklərin edilməsi və bütün digər məsələlərlə bağlı da yeni filiala müraciət etmək olar.

Hazırda ölkə üzrə “KATV1” kabel televiziyası operatorunun 10 filialı fəaliyyət göstərir ki, bunlardan 8-i Bakı şəhərindədir. Şirkət artıq abonentlərə yüksəksürətli internet xidməti də göstərir.

Bundan əlavə, “KATV1-Afişa ” qəzeti vasitəsilə abonentlər retranslyasiya olunan telekanalların proqramları və digər maraqlı məlumatlarla tanış ola bilərlər.
 
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL