waplog

Hər il bir milyon insan internet vasitəsilə tapdığı partnyorla ailə qurur


“Smart Partnership System”-in məlumatına görə, hər il dünyada bir milyon insan internet vasitəsilə tapdığı partnyorla ailə qurur. Bu cür evliliklərin daha geniş yayıldığı ölkələr siyahısına ABŞ, İsveçrə və bir neçə Avropa ölkəsi və təəccüblü də olsa, İran başçılıq edir.

“E-dating” (elektron görüş) saytları və sosial şəbəkələr 2000-ci ildən bəri ən çox istifadəçisi olan veb-səhifələrdir. Evlilik saytları dünya internet şəbəkəsinin ən çox istifadəçisi olan sayt qrupları arasında 13-cü yerdə dayanır.

Hindistanda birbaşa evlənmək məqsədi olan 12 milyon insan ölkənin internet şəbəkəsində ödənişli fəaliyyət göstərən 100-ə yaxın saytdan mütəmadi istifadə edir.

Digər maraqlı məlumat isə odur ki, 2009-cu ildən bəri təkcə ABŞ-da bu və mahiyyətcə bu məqsədə yaxın olan saytların ümumi gəliri 1 milyard 210 milyonu keçib. Xəbərdə qardaş Türkiyədə bu rəqəmin 10 milyon dollar olduğu göstərilir.

Bu saytların əsas istifadəçiləri xüsusilə 35-40 yaş qrupuna aid olanlardır. Onların 93%-ü tibbi sığortası olan və yüksək maaşlı yerlərdə və ya dövlət orqanlarında çalışanlardır. Aparılan araşdırmalar göstərib ki, bu cür saytların istifadəçilərinin 56%-nin aylıq gəliri 2500 dollardan yuxarıdır.
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL