waplog

“Azərsu” ASC-nin göstərdiyi elektron xidmətlər tezliklə bütün ölkə ərazisini əhatə edəcək


Yaxın müddətdə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən təqdim olunan elektron xidmətlər bütün ölkə ərazisini əhatə edəcək.

Belə ki, Nazirlər Kabinetinin təsdiqlədiyi “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi qaydaları”na əsasən, ASC abonentlərini su borcunun internet vasitəsilə öyrənilməsi,  borcun internet, eləcə də terminallar vasitəsilə ödənilməsi kimi xidmət növləri ilə təmin etməlidir.

ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı “İCTNews” elektron xəbər xidmətinə bildirib ki, Bakı, Sumqayıt və Abşeronla yanaşı, hazırda respublikanın bütün böyük şəhərlərində abonentlər bu xidmət növlərindən istifadə edirlər: ”İstehlakçılar su təchizatı və kanalizasiya xidmətlərinin dəyərini onlara təqdim edilən bildirişlər əsasında bank və poçt şöbələrində, “Paypoint” ödəniş terminallarında və internet vasitəsi ilə plastik kartlarla ödəməlidirlər.

Bunun üçün 54 inzibati rayondan 44-ü artıq serverə qoşulub. Qalan 10 rayonun da bu xidmətlərdən yararlanması üçün işlər davam etdirilir. Hazırda onların serverə qoşulması üçün texniki məsələlərin həlli üzərində iş aparılır”.

ASC tərəfindən göstərilən elektron xidmətlərlə bağlı yarana biləcək problemlərə gəlincə, A.Cəbrayıllı bu məqsədlə hər rayonda kommersiya qrupunun yaradıldığını bildirib: ”Əgər hər hansı problem yaranarsa, abonentlər kommersiya qrupuna müraciət etməklə onu həll edə bilərlər”.
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL