waplog

İdarələrarası məlumat-axtarış sisteminin istismarı üzrə yeni qaydaları təsdiqlənib


Azərbaycan Nazirlər Kabineti "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin (İAMAS) istismarı qaydalarını təsdiqləyib və idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsini müəyyən edib.

Qaydalar İAMAS altsistemlərinin istismarı, informasiya resurslarının formalaşdırılması, uzlaşdırılması və istifadəsi, onun istismarına proqram-texniki dəstək, təhlükəsizlik və inkişaf tədbirləri üzrə kompleks prosedurları müəyyən edir.

İAMAS-ın infrastrukturu ölkə ərazisində bu sistemə qoşulmuş dövlət orqanları aparatlarının (polis orqanlarının qeydiyyat və şəxsiyyət vəsiqəsi üzrə şəhər (rayon) şöbə və bölmələri, yaşayış yeri üzrə qeydiyyat barədə məlumatların verilməsi ilə bağlı fəaliyyəti həyata keçirən qurum, polis orqanlarının regional pasport mərkəzləri, sərhəd nəzarəti məntəqələri, Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları) qarşılıqlı fəaliyyətini təmin edir.

Nazirlər Kabinetinin təsdiqlədiyi sənəddə vətəndaşlar haqqında biometrik məlumatların qeydiyyatı qaydaları da müəyyən edilib.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL