waplog

“Microsoft Azərbaycan”ın yeni baş meneceri təyin edildi


Rüfət Hacıəlibəyov “Microsoft Azərbaycan” şirkətinin baş meneceri vəzifəsinə təyin edilib. Bu barədə “İCT News” elektron xəbər xidmətinə məlumat verən İnformasiya Mərkəzindən bildirilib ki, R. Hacıəlibəyov yeni vəzifəsinə 2012-ci ilin 23 yanvarından başlayacaq: ”Rüfət Hacıəlibəyov “Microsoft” şirkətinə satışlar, marketinq və İKT sektorunda insanların idarə edilməsi sahəsindəki 16 illik təcrübəsini gətirəcək.

Bu təyinatdan əvvəl Rüfət Hacıəlibəyov təxminən səkkiz il ərzində “Hewlett-Packard” şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri vəzifəsində çalışıb.

“HP”-də çalışdığı müddət ərzində o, şirkətin əməliyyat fəaliyyətinə, satışlara, marketinqə, həmçinin müştəri və tərəfdaşların cəlb edilməsinə, servis, maliyyə və insan qaynaqlarının idarə edilməsinə məsuliyyət daşıyırdı”.

Qeyd edək ki, 1975-ci ildə təsis edilmiş “Microsoft” şirkəti (Nasdaq “MSFT”) insanlara və bizneslərə öz tam potensiallarının reallaşdırılmasına köməklik edən proqram təminatı, xidmətlər və həll yolları sahəsində dünyada liderdir.

“Microsoft Azərbaycan” şirkəti “Microsoft” korporasiyasının Mərkəzi və Şərqi Avropanın Yeni Bazarları regional bölməsi çərçivəsində fəaliyyət göstərir və ən dinamik şəkildə inkişaf edən bölmələrdən biridir.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL