waplog

Moskvanı da “3D” formatında səyahət etmək olacaq


Az öncə Azərbaycan paytaxtında fəaliyyətə başlayan “www.baku3d.az” saytı Rusiya internet istifadəçiləri üçün nəzərdə tutulan “www.moskva3d.ru” portalını istifadəyə verib.

Layihənin əsas məqsədi Moskvanın park, muzey, məscid, tarixi abidə, restoran, otel, gözəllik salonları, avtosalon, xəstəxana, ticarət və əyləncə mərkəzlərini "3D" formatında birləşdirməkdir.

Saytın unikallığı internet istifadəçilərinə «Google» xəritəsi vasitəsi ilə paytaxtın istənilən rayon və qəsəbəsində yerləşən obyektlərin “3D” formatında panoramasını görmək imkanı yaratmasından ibarətdir.

Hazırda isə Sankt-Peterburq, Kiyev, İstanbul, Dubay və digər şəhərlərin analoji formatda saytlarının yaradılması üzrə işlər aparılır.
 
 
 
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL