waplog

“Microsoft Office 2010” üçün ilk servis paketi istifadəyə verilib


“Microsoft” korporasiyası “Office 2010” ofis proqramlarının paketi üçün ilk servis paketini (SP1) istifadəyə verib. Kompleks yeniləmənin tərkibinə ənənəvi olaraq əvvəl buraxılmış “patch”-lar və sistem təhlükəsizliyində yenidən tapılmış “boşluq” və səhvlərin düzəldilməsi daxildir. Ofis məhsulunun digər komponentlərinin sabitliyi və sürəti yüksəldilib. Bundan başqa, əvvəllər “PowerPoint 2010”-da bütün slaydlara baxışdan sonra yanlış animasiya vəziyyəti yaranırdı. Bu problem aradan qaldırılıb. “Word 2010” mətn redaktorunda şriftlərin təsviri, vizuallaşdırma, diaqramların ölçüsünün dəyişdirilməsi və s. ilə bağlı səhvlər aradan qaldırılıb. “Access” faylının “Excel” kitabına eksportu (ixracı) vaxtı yaranmış səhv də aradan qaldırılıb.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL