waplog

“WiGig” simsiz əlaqə dəstəkli qurğular 2012-ci ildə çıxacaq


“WiGig” (Wireless Gigabit) ittifaqı yaxın hərəkət radiusunun simsiz əlaqə standartının 1.1 spesifikasiyasını elan edib. “WiGig” texnologiyası lisenziyasız “60 QHz” tezlik diapazonundan istifadəni nəzərdə tutur. Məlumatların ötürülməsi sürəti 7 Qbit/s çata bilər ki, bu da “Wi-Fi” (IEEE 802.11n) şəbəkələrinin ötürmə qabiliyyətindən 10 dəfə yuxarıdır. 1.1 spesifikasiyasının nəşri ilə yanaşı, “WiGig” qurğuların qarşılıqlı təsiri və ekrana qoşulması üzrə tələbləri müəyyən edən genişlənmələr elan edilib. “WiGig” qurğusu 4-cü rüb ərzində testdən keçiriləcək.
Bazarda simsiz əlaqənin bu standartının dəstəyi ilə qurğular 2012-ci ildə çıxacaq. “WiGig” texnologiyasının fərdi kompyuterlərdə, mobil qurğularda, istehlak elektronikasında tətbiq olunacağı güman edilir. Məlumat üçün bildirək ki, “WiGig” ittifaqı təxminən 2 il əvvəl yaranıb. Bu ittifaqa “Broadcom”, “Dell”, “İntel”, “LG Electronics”, “Microsoft”, NEC, “Nokia”, “Panasonic”, “Samsung” və s. kimi şirkətlər daxildir.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL