waplog

“Rabitə Bakı” Çempionlar Liqası yarışlarının növbəti mərhələsinə vəsiqə qazanıb


Bakının qadınlardan ibarət “Rabitə” voleybol klubu Çempionlar Liqası yarışlarının qrup mərhələsi çərçivəsində növbəti oyununu keçirib. Komandamız Fransanın “Mulhouse” klubunun qonağı olmuşdur.

Maraqlı idman mübarizəsi şəraitində keçən oyun 3:0 (25:16, 25:20, 25:17) hesabı ilə “Rabitə Bakı”nın xeyrinə başa çatıb. Komandamız qrup ikincisi kimi növbəti mərhələyə vəsiqə qazanıb.

“Rabitə Bakı” ilk oyununu evdə keçirib və məhz Fransanın “Mulhouse” klubunu məğlub edib - 3:0. Sonra təmsilçimiz səfərdə Almaniyanın “Drezdner” komandasına 3:0 hesabı ilə qalib gəlib.

Lakin “Fənərbaxça” ilə səfərdə keçirilən oyunda baş məşqçi Zoran Qayiçin komandası məğlubiyyətlə üzləşib– 0:3. Buna baxmayaraq cavab oyununda “Rabitə Bakı ” “Fənərbaxça”nı Bakıdan məğlub yola sala bilib - 3:1. “Drezdner”lə ev oyununda da qələbəni “Rabitə Bakı” qazanıb - 3:0.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL