waplog

Proqram təminatçısı oyun imperiyasını gücləndirəcək


“Microsoft”-un əməkdaşı, “Windows NT” əməliyyat sisteminin nüvəsinin hazırlanmasında əsas rol oynamış Deyv Katler  ”Xbox” oyun konsolunun inkişafı ilə məşğul olacaq.

Katlerin “Xbox” layihəsinə keçidini korporasiya nümayəndələri təsdiq ediblər. Onlar bildiriblər ki, yeni komanda tərkibində proqramçının əsas vəzifəsi “Xbox” oyun konsolunu "tamdəyərli əyləncəli ev mərkəzi”nə çevirmək olacaq.

Versiyalardan birinə əsasən, Katler yeni nəsil konsolu üzərində işləyəcək. Yeni oyun konsolunun “Xbox 720” adlanacağı, 2014 və ya 2015-ci ildə çıxacağı güman edilir.

69 yaşlı Katler “Microsoft”-un texniki şurasına daxildir. O, şirkətdə 1988-ci ildən işləyir. Proqramçı “Microsoft” korporasiyasına gəlişinə qədər “DEC”-lə əməkdaşlıq edib və “RSX-11”, “VMS” və “VAXELN” əməliyyat sistemlərinin yaradılmasında iştirak edib.

Katler “Microsoft”-un əməkdaşı rolunda “Windows NT” əməliyyat sisteminin hazırlanmasına rəhbərlik edib. Əməliyyat sisteminin ilk versiyası 1993-cü ildə çıxıb.

“NT” əməliyyat sistemi əvvəlcə server və işçi stansiyalar üçün nəzərdə tutulmuşdu, lakin sonralar onun nüvəsi “XP”, “Vista” və “Windows 7” əməliyyat sistemlərinin əsasını təşkil edib. “Xbox 360” oyun konsolunun əməliyyat sistemi, həmçinin “Windows NT” arxitekturasına əsaslanır.


Son illərdə Katler “Windows Azure” "bulud" platformasının yaradılması və  inkişafı ilə məşğul olub, lakin 2011-ci ilin yazında o, bu layihədən imtina edib.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL