waplog

“Ailə TV” bütün abonentlərinə LCD televizor verəcək


“Ailə TV” yeni aksiyasına başlayıb. Belə ki, klassik kabel operatorunun aksiyası bütün abonentlərinə LCD  televizoru qazandıracaq. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə məlumat verən “Ailə TV” abonentlərinə pulsuz rəqəmsal qəbuledici veriləcəyini də bildirib.

Hazırda "Ailə TV" abonentlərinə rəqəmsal yayımda 87 kanaldan ibarət "Ailə" baza paketi, 37 kanaldan ibarət "Ailə+" paketi, 6 kanaldan ibarət "Sport", 8 kanaldan ibarət "Sport +", 5 kanaldan ibarət "HD" paketi, 13 kanaldan ibarət "Kino" paketi, 15 kanaldan ibarət "Xarici" paketi və eləcə də "Lig TV" və "18 +" kanallarından ibarət paketlər təqdim edir.

Kabel operatorunun digər yeniliyinə gəlincə, “Ailə TV”-nin yeni “A Hotel” brendi mehmanxanalara “Eurovision-2012” yarışmasının sonuncu gününədək “Ailə TV” kabel operator televiziyasının xidmətlərindən pulsuz istifadə hüququ verir.
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL