waplog

«Eurovision-2012» mahnı müsabiqəsinin keçiriləcəyi yer dəqiqləşdi


Avropa Yayım Birliyinin nümayəndələri və Məşvərət Qrupu bu ilin mayında Bakıda keçiriləcək «Eurovision-2012» mahnı müsabiqəsinin Bayraq Meydanında inşa olunan «Bakı Crystall Hall»da keçirilməsi barədə qərar veriblər. "İCTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə «Eurovision»un rəsmi  saytında məlumat yerləşdirilib.

Belə ki, Bakıda səfərdə olan Avropa Yayım Birliyinin nümayəndələri və Məşvərət Qrupu müsabiqənin Azərbaycanda təşkilatçısı və yayımçısı olan İctimai Televiziyanın təklif etdiyi məkanı bəyənib.

Qeyd edək ki, «Eurovision» mahnı müsabiqəsi üçün hazırlanan «Bakı Crystall Hall»ın 23 min izləyici tutumu var. Avropa Yayım Birliyinin icraedici supervayzeri Jon Ola Sand bildirib ki, «Eurovision-2012» mahnı müsabiqəsi tamamilə yeni, müasir konsert sarayında keçiriləcəyinə görə sevinc hissi duyur: «İndi biz əminik ki, tikinti işləri vaxtında bitəcək. Biz müsabiqəni səbirsizliklə gözləyə bilərik».
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL