waplog

Almanlar lazer vasitəsi ilə ən sürətli film çəkiblər


Alman alimləri ən sürətli çəkiliş texnologiyasını hazırlayıblar. O, nanostrukturların real zaman rejimində hərəkətlərinin izlənilməsi üçün lazım olacaq. Test zamanı 2 kadr uzunluğunda olan "çarx" çəkilib. Kadrlar 50 femtosaniyə (1 femtosaniyə saniyənin kvadrillion hissəsinə bərabərdir) ərzində təsvirə köçürülüb.

Məlumat üçün qeyd edək ki, adi bədii filmlər 800 milyard dəfə daha yavaş çəkilir. Rekord "Ginnessin rekordlar kitabı"nın yeni nəşrində çıxacaq.

Ən sürətli film saçılan işığın parçalanması üsulundan istifadə etməklə  rentgen lazeri vasitəsilə çəkilib.
Təəssüf ki, texnologiya oyun kinematoqrafiyasında tətbiq olunmayacaq, lakin yeni texnologiya alimlərə molekul və nanostrukturların hər cür hərəkətlərini tədqiq etmək üçün lazım olacaq.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL