waplog

“Motorola” şirkəti zərərə məruz qalıb


“Motorola Mobility” şirkəti 2011-ci ilin dördüncü rübü üzrə maliyyə hesabatını dərc edib. Smartfon istehsalçısının oktyabr-dekabr ayları ərzindəki mədaxili 3,4 milyard təşkil edib.

Məlumat üçün qeyd edək ki, bu göstərici 1 il əvvəl də eyni olub. Şirkətin xalis zərəri 80 milyon dollara çatıb. Halbuki şirkət 2010-cu ilin sonunda 80 milyon dəyərində mənfəət haqqında məlumat vermişdi.


“Motorola” şirkəti dördüncü rübdə 10,5 milyon mobil qurğu satıb. Həmin qurğuların 5,3 milyonunu smartfon təşkil edib. Tədarük edilmiş planşetlərin sayı 200 minə bərabər olub. Şirkətin rəhbəri Sancay Ca bildirib ki, bütövlükdə rüblük nəticələrdən razıdır. Onun sözlərinə görə, istehlakçılar “Motorola RAZR” smartfonundan razıdırlar.

Hal-hazırda şirkət “Google” ilə bağlanmış sazişin tamamlanmasını gözləyir. “Motorola Mobility”-nin I rübün sonuna kimi internet-nəhəngin hissəsi olacağı planlaşdırılır.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL