waplog

“HP” şirkətini tərk edənlərin sayı artır


Görünür, “HP” şirkəti “webOS” mobil platformasının təkmilləşdirilməsi və dəstəklənməsi haqqında verdiyi vədi yerinə yetirə bilməyəcək. “The Verge” bildirib ki, “HP” şirkətinin baş arxitektoru Brayan Hernaki  layihədən uzaqlaşıb. İnternet-nəşr çıxarılma səbəbləri haqqında informasiyaya malik deyil.

Brayan Hernaki 2009-cu ilə qədər “Symantec” şirkətində çalışıb, sonra “Palm”, daha sonra “HP” şirkətində işləyib. “WebOS” mobil platformasının baş arxitektorunun korporasiyada işləməməsi haqqında “Palm”-ın sabiq rəhbəri Con Rubinşteynin “HP” şirkətini tərk etməsindən bir neçə gün sonra məlum olub.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL