waplog

Bakının rabitə şəbəkəsində ONU avadanlığının tətbiqi genişləndiriləcək


Hal-hazırda Bakıda telefon abunəçilərinin sayı 778 min nəfərdir. Bakı Telefon Rabitəsi İstehsalat Birliyi tərəfindən  Bakı Şəhər Telefon Şəbəkəsində son illər aparılmış rekonstruksiya işləri və ən yeni texnologiyaların tətbiqi nəticəsində paytaxtın ümumi istifadəli telefon şəbəkəsi beynəlxalq standartlara uyğun qurulub.

Burada ONU avadanlıqlarının tətbiqini xüsusi qeyd etmək lazımdır.  Belə ki, son mil probleminin həlli ilə əlaqədar yeni tikilmiş hündürmərtəbəli binalarda optik şəbəkə avadanlıqları qurularaq abunəçi xəttinin uzunluğu dəfələrlə azaldılmış, nəticədə istifadəçilərə keyfiyyətli (sürətli) multimedia xidmətləri göstərilməsi təmin edilib.


Qeyd edək ki, yeni texnologiyaların imkanlarından istifadə etməklə, abunəçilər «İAD», «İP-TV», «İP Console», «Centrex», «VPN» və digər bu kimi genişzolaqlı multimedia xidmətlərindən istifadə edə bilərlər.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL