waplog

TV-də “HD” keyfiyyətini simsiz təmin edən yeni qurğu təqdim olunub


“ZyXEL” korporasiyası, “Full HD” keyfiyyətində olan görüntülərin TV-yə simsiz olaraq çatdırılmasını təmin edən yeni məhsulu – “WHD6215” simsiz “HDMİ” təqdim edib. Qurğu “Blu-ray”, oyun konsolu, smartfon və planşet kimi “HDMİ” xüsusiyyətli qurğularla istifadə edilə bilər.

Qurğular arasında asan və sürətli keçidin təmin edilməsi üçün uzaqdan əmr funksiyasını icra edən cihaz da qutunun içərisində yer alıb.


“ZyXEL”-in bütün yenilikçi xüsusiyyətlərinə malik “AeroBeam WHD6215” heç bir əlavə konfiqurasiyaya ehtiyac olmadan istifadə oluna bilər. 3D daxil olmaqla 1080p “Full HD” görüntülərini itki və gecikmə olmadan TV ekranına daşıyan məhsul 7.1 kanal surround səs sistemini də dəstəkləyir.

“AeroBeam WHD6215” qurğusunun dörd “HDMİ” portu olduğu üçün dörd fərqli cihazı eyni vaxtda işlətmək imkanı var. Beləliklə, istifadəçilər “HD” TV-lərdə oyun oynamaq, videoya baxmaq və ya internetdən istifadə kimi fərqli  fəaliyyətləri olan cihazlar arasında asanlıqla keçid edə bilərlər.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL