waplog

“Nokia”: "WP" smartfonlarımız gözlədiyimizdən daha yaxşı qarşılandı


"Lumia" smartfonlarına istehlakçı və analitiklərin reaksiyası gözlənildiyindən daha yaxşı olub. Bu barədə müsahibədə "YLE" nəşrinə "Nokia" şirkətinin Direktorlar şurasının sədri Yorma Ollila bildirib. O, həmçinin qeyd edib ki, şirkətin struktur yenidənqurma prosesi ləng gedir və o, 2012-ci ilin maliyyə nəticələrinə təsir edəcək.

Yormı Ollilanın sözlərinə görə, "Windows Phone" platformasında hazırlanan  fin smartfonlarının "ağıllı telefonlar" bazarında əhəmiyyətli paya malik olmasına vaxt lazımdır. "Nokia" nümayəndəsi şirkətin "Microsoft" korporasiyası ilə sıx əməkdaşlıq etməyə qərar verməsini düzgün addım sayır.

"Heç bir mobil əməliyyat sistemi bir göz qırpımında populyar olmayıb" - Yorma Ollila qeyd edib.
Yorma Ollila "Nokia" şirkətinə uzun müddət başçılıq edir. Məhz onun rəhbərliyi altında şirkət ən böyük telefon istehsalçısı olub. Bir çox ekspertlər onu dünyada ən müvəffəqiyyətli top-menecerlərdən biri adlandırırlar.


http://www.onliner.by/news/02.02.2012/13.05/


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL