waplog

Yerli kabel televiziyası endirim etdi


1 fevral, 2012-ci il tarixindən etibarən "B&BTV" rəqəmsal televiziya xidmətlərinə qoşulma haqqını  40 AZN-ə endirib.  Müxtəlif paketlər üzrə qoşulma və dekoder qiymətləri aşağıdakı siyahıda göstərilib.

Qeyd edək ki, güzəştli  qoşulma şərtləri yalnız fiziki şəxslərə şamil olunur. Əlavə xidmətlərə gəldikdə isə eyni ünvanda mövcud dekoderə əlavə hər bir televizorun paralel qoşulmasına 10 manat, ikinci dekoderin qoşulması üçün 40 AZN, 3-cü və növbəti dekoderlərin qoşulmasına 25 AZN ödəniş tələb olunur.

Xatırladaq ki, «B&B TV Communication» MMC 1996-cı ildə təsis olunub və Azərbaycanda ilk dəfə analoq üsulu ilə radio- televiziya kanallarının efir-kabel yayımı xidmətini göstərməyə başlayıb. Hazırda şirkət rəqəmsal efir-kabel yayımını Bakı, Sumqayıt və Abşeron yarımadasında həyata keçirir. 
 


Paket Aylıq abunə haqqı Xidmət müddəti  Qoşulma və dekoder Cəmi
Basic 7 AZN 1 ay 60 AZN 67 AZN
Basic Plus  12  AZN 1 ay 40 AZN  52 AZN
Standard 17  AZN 1 ay 40 AZN  57 AZN
Deluxe 27  AZN 1 ay 40 AZN 67 AZN
 Basic/Premium  17  AZN 1 ay 60 AZN 77 AZN
Basic Plus/Premium  22  AZN 1 ay 40 AZN 62 AZN
Standard/Premium 27  AZN 1 ay 40 AZN 67 AZN
Deluxe/Premium 37  AZN 1 ay 40 AZN 77 AZN
HD 12  AZN 1 ay 60 AZN 72 AZN
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL