waplog

Satışa 100 dollar dəyərində planşet çıxarılacaq


Fevral ayının 5-i tarixində "Sprint" operatoru 7 düymlü sensor ekranla təchiz edilmiş "ZTE Optik" planşet kompyuterlərini satışa çıxaracaq.

Qurğu 1,2 QHz takt tezlikli ikinüvəli "Qualcomm Snapdragon" prosessoru ilə təchiz edilib. Əməli yaddaş tutumu 1 QBayta bərabərdir; ekranın təsvir ölçüsü 1280×800 nöqtə (WXGA) təşkil edir. Daxili fləş daşıyıcının tutumu 16 Qb təşkil edir; "MicroSD" kartları üçün slot mövcuddur.

Planşet ön hissədə 2 meqapiksel, arxa hissədə isə 5 meqapiksel matrislə təchiz edilmiş 2 kameraya malikdir. "Bluetooth 2.1" və "Wi-Fi" (802.11b/g/n) simsiz əlaqə adapterləri, "GPS" naviqasiya sistemi qəbuledicisi, "3G" modulu, qulaqlıqlar üçün 3,5 mm-lik birləşdirici var. Akkumulyator batareyasının tutumu 4000 mA/saat təşkil edir.

Mini-kompyuterə "Android 3.2 Honeycomb" əməliyyat sistemi quraşdırılıb.
"Sprint" şirkəti ilə ikiillik müqavilə bağladıqda "ZTE Optik" planşeti 100 dollara başa gələcək. Operatora bağlama olmadıqda isə planşet kompyuterinin qiyməti təxminən 350 dollar təşkil edəcək.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL