waplog

«Facebook» ağbirçəyini itirdi


Dünyanın ən məşhur sosial şəbəkələrindən olan «Facebook»dan müxtəlif yaşlarda olan insanlar istifadə edir. Lakin bu istifadəçilərdən ən populyarı isə Lillian Love idi. “İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, keçən il qeydiyyatdan keçən L.Love 104 yaşında dünyasını dəyişib.

L.Loveni məşhurlaşdıran isə elə onun «Facebook»un ən yaşlı qadını olması olub. Təqaüddə olan bu xanım ailə üzvləri ilə "Facebook"la əlaqə yaratmaq üçün hətta özünə planşet də alıbmış. 1907-ci ildə doğulduğu bildirilən L.Lovenin sosial şəbəkədəki dost siyahısında 42 nəfər olub. Bu dostların böyük əksəriyyətini də məhz qohumları təşkil edib.

L.Love ən yaşlı "Facebook" istifadəçisi kimi ötən il mətbuatın diqqətini cəlb edib. Həftədə iki dəfə sosial şəbəkədən istifadə edən Love bunun onun beyninin daha yaxşı işləməsinə kömək etdiyini deyirdi. Bir əsrdən artıq yaşı olan qadın sosial şəbəkə və kompyuteri çox sevdiyini etiraf edirdi.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL