waplog

Avstraliyalı “Facebook”da qızını qətlə yetirdiyini elan edib


Avstraliyalı Ramazan Akar 33 il həbs cəzasına məhkum edilib. O, 2 yaşlı qızı -Yazmini öldürdüyünü “Facebook” sosial şəbəkəsində elan edib.
Öz keçmiş sevgilisi Raşel D'Arjandan qisas almağa qərar verən Akar 2010-cu ilin noyabrında qızı onun Melburndakı evindən oğurlayıb. 24 yaşlı qısqanc ata əvvəlcə öz keçmiş sevgilisinə təhqiredici xəbərlər yollayıb, sonra “Facebook”da "İndi mən uşağımı öldürəcəm" - deyə status yazıb. Akar qızı ölənə qədər bıçaqlayıb.
Hakim Elizabet Kertayn Akarı uzunmüddətli həbs cəzasına məhkum edərək bildirib ki, o, valideyn və uşaq arasında etibar kimi insan varlığının fundamental əsaslarını pozaraq "qorxunc cinayət" edib. İndi “Facebook”da Akarın profili bağlıdır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL