waplog

Dünyada ən nazik və yüngül internet-planşet istehsal edilib


Cybersecurity.ru” saytının məlumatına əsasən, Yaponiyanın "Toshiba" şirkəti yanvar ayının 7-də "Google Android" əməliyyat sistemi ilə işləyən dünyada ən nazik və yüngül internet-planşet təqdim edib. "Toshiba" şirkətinin yeni planşeti "AT200" adlanır, lakin ABŞ-da "Excite" brendi altında satılacaq.

Şirkətdən bildirilib ki, yeni planşetin qalınlığı 7,7 mm-dir. Əməliyyat sistemi kimi bir qədər köhnəlmiş "Android 3.2 Honeycomb" quraşdırılıb. Mərkəzi prosessor "Texas İnstruments" şirkətinin 1.2 QHz takt tezliyində işləyən "OMAP 4430" ARM çipidir.

Planşet 1 Qb əməli yaddaşa (DDR2), 16 və ya 32 QB tutuma malik fləş yaddaşa malikdir. 2.4 QHz tezlik diapazonunda "Wi-Fi" (802.11n standartı) dəstəklənir. Bundan əlavə, "AT200" planşeti televizora qoşulmaq üçün "HDMİ" portu və "microSD" yaddaş kartları üçün slota malikdir.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL