waplog

Twitter"də "Morze" əlifbasında yazmaq mümkün olacaq


İnfox.ru” saytının məlumatına əsasən, "Morze" əlifbası yaxın keçmişdə informasiyanın uzaq məsafələrə ötürülməsi üçün fəal istifadə olunurdu. Müasir əlaqə növlərinin yaranması ilə, əlbəttə ki, ondan imtina etdilər, lakin "Morze" əlifbası tamamilə unudulmayıb. Artıq "Tworsekey" qurğusu vasitəsi ilə bu əlifbadan istifadə etməklə "Twitter"də mikrobloqların doldurulması üçün istifadə etmək olar.

“Gizmag” veb-saytının məlumatına görə, "Tworsekey" qurğusu, həqiqətən "Morze" əlifbası vasitəsi ilə yığılmış mesajları "Twitter"ə göndərir. Təbii ki, həmin mesajlar bloqda nöqtə və tire şəklində deyil, adi mətn şəklində görsənəcək. Bu ixtiranın müəllifi Martin Kaltenbrammer onu kiçik qutu şəklində hazırlayıb. Qurğu ölçülərinə görə standart kompyuter “siçan”ı ilə uyğundur.

"Tworsekey" - bu, avtonom qurğudur, elektrik şəbəkəsinə qoşulması tələb olunmur. Enerji korpusda yerləşən 9 Volt batareya ilə təmin olunur.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL