waplog

Kəskin hava şəraiti regionlarda rabitənin işində problem yaratmayıb


Hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar regionlarda rabitə sahəsində hər hansı problem yaranmayıb. Bu barədə "Aztelekom"İB-nin baş direktorunun 1-ci müavini, texniki direktor Zahir Vəliyev "İCTnews" elektron xəbər xidmətinə bildirib.

Onun sözlərinə görə, birlik gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və operativ qərargahdan hər bir rayon və kəndlərlə əlaqə yaradılır.

"Şaxtalı, qarlı və çovğunlu hava şəraiti ilə əlaqədar yerlərdə bütün qüvvələr səfərbər olub. Qəza dəstələri baş verə biləcək problemin qarşısını almağa hazırdır".

Bu gün bölgələrdən alınan məlumatlarda elektrik enerjisi ilə ilə bağlı bəzi problemlərin olduğu məlum olub ki, telefonların fasiləsiz işi elektrik qida qurğuları və dizel generatorları ilə təmin edilib.
Hazırda telekommunikasiya və rabitə qovşaqlarının işində heç bir problem müşahidə olunmur.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL