waplog

BTRİB CDMA xidmətinin baza stansiyalarını artırır


Hazırda Bakı Telefon Rabitəsi İstehsalat Birliyi tərəfindən CDMA simsiz rabitə xidmətinin baza stansiyalarının sayının artırılması istiqamətində işlər gedir.

Bu barədə  “İCTnews” elektron xəbər xidmətinə birliyin CDMA xidməti şöbəsinin rəisi Murad Cəbrayılov bildirib. Onun sözlərinə görə, 2011-ci ilin son 6 ayı ərzində Mərdəkan qəsəbəsində və 9-cu mikrorayon ərazisində olmaqla 2 baza stansiyası qurulub. Yaxın zamanda isə Yasamal rayonu ərazisində bir baza stansiyanın qurulması nəzərdə tutulur.

Qeyd edək ki, BTRİB CDMA xidmətini “511” və “555” indeksləri ilə təqdim edir. Hazırda birliyin bu xidmətindən istifadə edən 8600 abunəçi var.


CAHANGİR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL