waplog

“Microsoft”un müsabiqəsi onlayn keçiriləcək


Azərbaycanda "Microsoft"un təşəbbüsü ilə keçirilən "İnnovativ müəllimlər müsabiqəsi" davam edir. Hazırda növbəti mərhələyə qədəm qoyan müsabiqənin finalında dəyişiklik gözlənilir. Belə ki, hava şəraiti imkan verərsə, müsabiqə təşkilatçıları bu həftənin sonuna final mərhələsini keçirmək niyyətindədirlər.

Amma final həmişəkindən fərqli olaraq, onlayn qaydada aparılacaq. Bu barədə "İCTnews" elektron xəbər xidmətinə "Microsoft-Azərbaycan"ın Təhsildə Əməkdaşlıq Proqramının rəhbəri Emin Axundov məlumat verib. Onun sözlərinə görə, bu ildən şərtlərə yenilik edən "Microsoft" müsabiqəni Təhsil Nazirliyi tərəfindən müəllimlər arasında aparılan İKT üzrə təlimlərlə əlaqələndirib:  "Nazirliyin layihələri çərçivəsində "Mədəd"in keçirdiyi təlimlərdə ən fəal müəllimlər avtomatik olaraq müsabiqənin iştirakçısına çevrilir.

Belə ki, təlimlərdə təlimçi hər qrupdan ümumi işlər arasından bir və ya iki yaxşı işi seçir və bizim ünvanımıza - müsabiqəyə göndərir. Yanvarın 30-dan biz artıq sənəd qəbulunu dayandırmışıq. Hazırda 400-ə yaxın iş toplanılıb. İşlər əsasında "Dünya İnnovativ müəllimlər müsabiqəsi"nin qalibləri və iştirakçılarından ibarət münsiflər - Ekspert Şurası tərəfindən yarımfinalçılar seçilib".

Münsiflər heyətinin rəhbəri  "Mədəd" təşkilatının təmsilçisi Emil Məmmədovdur: "Artıq layihələrə son baxış keçiririk. Finala 30 iş buraxılacaq. Əksər işlər rayonlardan olan müəllimlərin payına düşür. Çünki "Mədəd"in keçirdiyi təlimlər hal-hazırda rayonlarda aparılır.

Hava şəraiti və iştirakçıların əksəriyyətinin bölgələrdən gəlməsini nəzərə alaraq, final mərhələsini onlayn etmək fikrindəyik. Vəziyyətin çətinliyini düşünərək, istəyirk ki, müəllimlər  rayonlardan Bakıya gəlməsinlər və öz işlərini münsiflərə virtual olaraq təqdim etsinlər.

Onlar müsabiqənin final mərhələsinə onlayn  qoşulmaqla, 10 dəqiqə ərzində hazırladıqları layihələr barədə münsiflərə məlumat verəcəklər və işlər münsiflər tərəfindən qiymətləndiriləcək".
 


HƏQİQƏT

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL