waplog

“İnnovativ müəllimlər müsabiqəsi”nin bu il yalnız bir qalibi olacaq


Hazırda dünyanın 100-dən artıq ölkəsində reallaşdırılan "İnnovativ müəllimlər müsabiqəsi"nin Azərbaycanda bu il yalnız bir qalibi müəyyənləşəcək. Qalib ölkəmizi "Avropa innovativ müəllimlər forumu"nda təmsil edəcək.

Bu barədə "İCTnews" elektron xəbər xidmətinə "Microsoft-Azərbaycan"ın Təhsildə Əməkdaşlıq Proqramının rəhbəri Emin Axundov məlumat verib. Proqram rəhbərinin sözlərinə görə, "Avropa innovativ müəllimlər forumu"na hazırlıq işləri daxili müsabiqə yekunlaşdıqdan sonra başlayacaq: "Müsabiqənin bu mərhələsi 2012-ci ilin 23-25 mart tarixlərində Portuqaliyanın Lissabon şəhərində keçiriləcək".

Qeyd edək ki, "İnnovativ müəllimlər müsabiqəsi" Təhsil Nazirliyi və "Microsoft Azərbaycan" tərəfindən birgə həyata keçirilən "Təhsildə Əməkdaşlıq" proqramının tərkib hissəsidir. Müsabiqənin məqsədi hər ölkədə qabaqcıl, yenilikçi müəllimləri araşdırıb üzə çıxarmaq, onları əvvəl yerli, sonra isə müxtəlif regional müsabiqələr vasitəsi ilə bir araya gətirərək təcrübə mübadiləsinə şərait yaratmaqdır.



HƏQİQƏT
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL