waplog

“Google” şirkəti Kaliforniyada muzey və məxfi laboratoriya tikəcək


"Google" şirkəti tezliklə Kaliforniyada yerləşən qərargahı ərazisində "Google Experience Center" adlı yeni bina tikməyi planlaşdırır.

"Mercury News" nəşri bildirib ki, internet-nəhəng "Google Experience Center" binasını bir növ fərdi muzey, həmçinin görüşlərin keçirilməsi üçün mərkəz kimi istifadə etməyi planlaşdırır. Bundan əlavə, bu binanın ərazisində şirkətin məxfi layihələri ilə bağlı işlərin aparılması üçün laboratoriyalar tikmək də planlaşdırılır.

«Experience Center" kütlə üçün qapalı olacaq. Ora maraqları şirkətin maraqları ilə üst-üstə düşən dəvət edilmiş qonaqların yalnız kiçik qruplarını buraxmaq planlaşdırılır. Bundan əlavə, "Experience Center"i muzey, sərgi kimi istifadə mümkün olacaq" – bu layihə üzərində işləyən memar Endryu Barnett (Andrew Burnett) qeyd edib.



EMİL

 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL