waplog

İstifadəçilər Uitni Hyustonun adı ilə yüzlərlə domen qeydiyyatdan keçiriblər


İstifadəçilər müğənni Uitni Hyustonun adı ilə yüzlərlə domen adı qeydiyyatdan keçiriblər. Bu barədə  “Domainnews.com” resursu məlumat verib.

Hyuston Beverli-Xillzdə “Beverly Hilton” mehmanxanasının nömrəsində bazar günü gecə 48 yaşında dünyasını dəyişib. Müğənninin ölüm səbəbi haqqında indiyə kimi rəsmi informasiya verilməyib.
“Domainnews.com” resursu yazıb ki, istifadəçilər domen adlarını Uitni Hyustonun ölməsi haqqında xəbərin çıxmasından bir neçə dəqiqə sonra qeydiyyatdan keçirməyə başlayıblar.

Hyuston adı ilə olan bir çox domen adları dünyanın ən böyük internet-hərraclarından olan “Ebay.com”-da hərraca çıxarılıb. Məsələn, “WhitneyHoustonHeartAttack.com” domenini almaq üçün 21 milyon dollar və yaxud “InMemoryofWhitneyHouston.com” domenini almaq istəyən isə 990 min dollar xərcləməli olacaq.

Domen adlarının satışı ciddi biznesdir. “Most-expensive.net” saytının statistikasına əsasən, hazırda ən bahalı domenlərdən biri 2009-cu ildə 16 milyon dollara satılmış “Insure.com” domenidir.

Hyuston ən çox mükafata malik aktrisa kimi “Ginnesin rekordlar kitabı”na düşüb. O, yaradıcılıq fəaliyyətinə 11 yaşında başlayıb və bütün yaradıcılıq fəaliyyəti ərzində 6 "Qremmi" mükafatı, 15 “Billboard Music Awards” mükafatı, 21 “American Music Awards” mükafatı, 2 “Emmy” mükafatı və s. mükafatlar alıb.

 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL