waplog

Pensiya təyinatının tam avtomatlaşdırılması üçün proqram təminatı hazırlanır


"2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq, pensiya və müavinət təyinatının avtomatlaşdırılması istiqamətində tədbirlər daha da intensivləşdirilib.

Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planında müəyyən olunmuş qrafikə əsasən, DSMF Aparatı ilə yerli orqanlar arasında korporativ şəbəkənin qurulması başa çatdırılıb. Fond sistemində pensiya təyinatının tam avtomatlaşdırılması yolu ilə əməliyyatların vahid mərkəzdən aparılmasını həyata keçirəcək proqram təminatının hazırlanması ilə bağlı tədbirlər görülür.

Bu sözləri Dövlət Sosial Müdafiə Fondunda (DSMF) ötən ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan geniş kollegiya iclasında DSMF sədri Səlim Müslümov bildirib. "ICTnews" Elektron xəbər xidmətinə iclas barədə məlumat verən fondun ictimaiyyətlə əlaqələr sektorundan bildirilib ki, sədr fərdi uçot sistemindən də danışıb.

Belə ki, sistemin tətbiq dairəsinin daha da genişləndirilməsi məqsədilə qarşıya qoyulan vəzifələrin icrası istiqamətində tədbirlər davam etdirilib. Görülən işlər nəticəsində fərdi uçota alınanların sayı ilin əvvəlinə nisbətən 166,4 min nəfər artıb.

Bununla yanaşı, sığortaedənlərdən 2006-2010-cu illər üçün məcburi dövlət sosial sığorta haqları üzrə sığortaolunanlar haqqında məlumatların qəbulu prosesi davam etdirilir: "Bunun nəticəsində fərdi şəxsi hesablarda əks olunan məcburi dövlət sosial sığorta haqlarının məbləği barədə sığortaolunanların məlumatlandırılması işi təşkil olunacaq.

Beləliklə, hər bir işləyən şəxs öz gələcək pensiya təminatı naminə sosial sığorta haqlarının tam və vaxtında ödənilməsində maraqlı olacaq. Bununla da, inzibati nəzarət daha səmərəli ictimai nəzarətlə əvəzlənəcək. Artıq bu məqsədlə müvafiq proqram təminatı hazırlanaraq sınaqdan keçirilir".
 
 
HƏQİQƏT


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL