waplog

“Panasonic” şirkəti kaset videomaqnitofonlarının istehsalını dayandıracaq


Yaponiyanın “Panasonic” şirkəti evdə istifadə üçün nəzərdə tutulmuş kaset videomaqnitofonlarının istehsalını dayandırıb və onların daxili bazarda satılmasını dayandırmağı planlaşdırır. Bununla belə, Yaponiyadan kənarda bu texnikanı istehsal etməyə davam edəcək bir neçə zavod (Çin və Slovakiyada) qalacaq.

“Panasonic” şirkəti kaset videomaqnitofonlarının satış həcmləri haqqında informasiya verməkdən imtina edib. Ehtimal ki, bu məlumatlar şirkət üçün əhəmiyyət daşımır: hətta Yaponiyanın Elektronika istehsalçıları assosiasiyası bu hesablamanı aparmır, -“WSJ” nəşri bildirib.

Nəşr qeyd edib ki, “VHS” formatı 2000-ci illərin əvvəllərində, “DVD” formatı geniş yayılmağa başladıqda öz mövqeyini itirdi. “WSJ” jurnalistlərinin fikrincə, tezliklə “DVD” qurğuları da eyni aqibət gözləyir. Onları “Blu-Ray” disklər əvəz edəcəklər.


 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL