waplog

Göyçayın kəndlərində bank xidməti göstərilir


Göyçay Regional Poçtamtı tərəfindən yüksək keyfiyyətli elektron poçt xidməti tətbiq edilir. Poçtamtın rəisi Xələf Məmmədov “İCTnews” elektron xəbər xidmətinə bildirib ki, həyata keçirilən işlər nəticəsində istənilən yerə məktubların, məlumatların elektron formada göndərilməsində heç bir problem yoxdur.

Bundan başqa hazırda poçtamtın 26 kənd və şəhər poçt şöbəsindən 22-də bank və maliyyə xidmətləri göstərilir. Bunun üçün Mərkəzi Bank tərəfindən həmin poçt şöbələri lisenziya ilə təmin edilib. Bu poçt şöbələrində vətəndaşlara lisenziya depozit qəbulu və kredit verilməsindən başqa bütün bank xidmətləri təqdim olunur. Poçt şöbələrində valyuta mübadiləsi məntəqəsinə böyük maraq var.

Xidmət sahəsi olduğundan burada digər xidmətlər də təklif olunur. Bundan başqa bu poçt şöbələrində vətəndaşlara “Western Union” xidməti də təqdim olunur ki, indi dünyanın 200-dən çox ölkəsindən Göyçayın kəndlərinə bir anda sürətli moneqram göndərmək mümkündür. X. Məmmədov bu xidmətləri poçt şöbələrinin statusunun tamamilə dəyişdiyini xüsusi vurğuladı.

Bank və maliyyə xidmətləri şəbəkəsini genişləndirən Regional Poçtamt rayonda istənilən banklarla açıq-aydın rəqabət apararaq hətta onları üstələməyi də bacarıb.

 “Azərpoçt” MMC-nin köməkliyi ilə qısa zamanda rayonun kənd və şəhər poçt şöbələri kompyuter vasitəsilə onlayn şəbəkəyə qoşulması poçt şöbələrində bank və maliyyə xidmətləri ilə yanaşı, pul köçürmələri, teleqramların ötürülməsi, telefon danışıq haqlarının, təbii qaz və elektrik enerji haqlarının yığılmasına şərait yaranıb.

Regional Poçt filialı “Azdatakom” şəbəkəsinə qoşulmaqla “COLVİR”, “KÖMİS” (avtomatlaşdırılmış kütləvi informasiya sistemi) kimi proqramlardan səmərəli istifadə edir. “COLVİR” sistemi ilə məktubların, bağlamaların, xəbərnamələrin ştrix kodları qeyd olunur və göndərilən məktub, xəbərnamə bağlamaların harada olmasını izləməyə imkan verir.

Qeyd edək ki, sürətli inkişaf tempinə görə Göyçay Regional Poçt filialı “Azərpoçt” MMC-nin 70 poçtamtı sırasında seçilmiş 10 poçt filialından biridir.
 
RƏVAN


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL