waplog

“AvirTel” şirkəti əhatə dairəsini genişləndirir


"AvirTel" şirkəti əhatə dairəsini genişləndirdi. Artıq yüksəksürətli ADSL-internet xidmətlərinə Sumqayıt şəhərində də qoşulmaq olar. Bu barədə "AvirTel" şirkətinin baş direktoru İsmayıl Şabani məlumat verib.

Onun sözlərinə görə, şirkət Bakıda "Dial-up", ADSL, "E-1" və simsiz rabitə vasitəsilə yüksəksürətli internet xidmətini təqdim etdikdən sonra indi də regionlar hədəflənib. Sumqayıtda tam gücü ilə fəaliyyətə başladıqlarını bildirən baş direktor ümumilikdə 30-dan çox rayonda ximət göstərdiklərini dedi.

Qeyd edək ki, "TollFree" xidmətlərinin göstərilməsi ilə bazara daxil olan "Avir Tel" şirkəti, həmçinin, şirkətlər üçün müştərək və simsiz kamera və ofis daxilində ATS-lərin quraşdırılması daxil olmaqla telekommunikasiya problemlərinin həllini də təqdim edir.

 



RƏVAN


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL