waplog

Yerli mobil operatorun 3G istifadəçilərinin sayı 600 min təşkil edir


Hazırda mobil rabitə operatoru "Azercell" şirkətinin 3G şəbəkəsi istifadəçilərinin ümumi sayı 600 min təşkil edir. Bu barədə şirkətin rəhbəri Əli Ağan cümə günü jurnalistlərə bildirib.
Onun sözlərinə görə, hazırda "Azercell" şəbəkəsində məlumatların ötürülməsinin sutkalıq həcmi 2,5 terabayt təşkil edir.

Dördüncü nəsil standartında xidmətlərin göstərilməsi məsələsinə gəldikdə, "Azercell" buna mayın sonlarında başlamaq niyyətindədir.

Ağan qeyd edib ki, bu məsələ ilə bağlı bütün detallar iki-üç həftə ərzində həll ediləcək.
Xatırladaq ki, bu gün "Azercell" Azərbaycanın mobil rabitə bazarında 55 faizlik paya malikdir.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL