waplog

Moskva məktəblərində işləyən müəllimlər noutbuklarla təmin ediləcəklər


“İCTnews” elektron xəbər xidməti “tech.onliner.by” resursuna istinadən xəbər verir ki, Moskva şəhər Təhsil Departamentinin rəhbəri İsaak Kalina bildirib ki, 2012-ci il mart ayının sonuna kimi paytaxt məktəblərində işləyən bütün müəllimlər noutbuklarla təmin ediləcəklər.

"Moskva şəhərinin təhsil müəssisələrinə kompyuter texnikasının tədarük həcmi 10 dəfə artıb" – Kalina qeyd edib.

Onun sözlərinə görə, həmçinin elektron gündəlik və jurnal istifadəçilərinin sayı da 10 dəfə artıb. Bundan əlavə, Moskva şəhərinin bütün təhsil müəssisələrinin öz saytı var. Məktəblər öz saytlarında fəaliyyətləri haqqında  informasiya yerləşdirirlər. Məmur qeyd edib ki, müəllimlərin ixtisasının artırılması üzrə də işlər aparılır.

Həmçinin Kalina xatırladıb ki, 2011-ci il 15 dekabr tarixində Moskvada birinci sinfə qəbul üçün elektron qeydiyyat sistemi tətbiq edilib. "Hazırda sistemdə 75 mindən çox birinci sinif şagird olmaq istəyən qeydiyyatdan keçib" - o bildirib.

Moskva şəhərinin hökuməti bilik səviyyəsinin təkmilləşdirilməsi üçün tədris prosesinə müasir texnologiyaların tətbiq edilməsi prosesini davam etmək niyyətindədir.


 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL