waplog

Bakının “Rabitə” voleybol klubu Türkiyənin “Fənərbaxça” komandasını qəbul edib


Bakının qadınlardan ibarət "Rabitə" voleybol komandası Çempionlar Liqası yarışlarının 1/4 final mərhələsində ilk oyununa çıxıb.

 "Sərhədçi" İdman Olimpiya Mərkəzində "Rabitə" Türkiyənin "Fənərbaxça" komandasını qəbul edib.
Qarşılıqlı hücumlar şəraitində keçən oyun "Fənərbaxça"nın 3:0 (25:13, 26:24, 25:19) hesablı qələbəsi ilə başa çatıb.

"Rabitə" Çempionlar Liqası yarışlarının qrup mərhələsində məhz "Fənərbaxça" ilə yanaşı, Almaniyanın "Dresdner" və Fransanın "Mulhouse" klubları ilə birgə mübarizə aparmışdı. Komandamız pley-offa qrup ikincisi kimi vəsiqə qazanıb. Bu mərhələdə "Rabitə" Polşanın "Atom" komandasını yarışdan kənarlaşdırıb.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL