12px13px15px17px
Tarix:24/02/12

“Apple” şirkəti təxəyyülü alt-üst edəcək məhsullar istehsal edəcək

“İCTnews” elektron xəbər xidməti “ria.ru” resursuna istinadən xəbər verir ki, “Apple” şirkəti yeni məhsulların yaradılması üzərində işləyir. Həmin məhsulların bazara 2012-ci ildə çıxarılacağı gözlənilir. Bu barədə səhmdarların hər il keçirilən yığıncağında şirkətin rəhbəri Tim Kuk məlumat verib.

"Əmin olun ki, biz cari ildə heç vaxt olmadığı kimi, çox gərgin işləyirik və yaradılacaq bəzi məhsullar sizin təxəyyülünüzü alt-üst edəcək" - Kuk bildirib.

Şirkətin baş direktoru yeniliklər və onlara bazara çıxarılma müddəti haqqında heç bir məlumat verməyib. Qeyd edim ki, bu, “Apple” şirkətində artıq ənənə halını alıb.

Məlumat üçün bildirim ki, şirkətin bəyanatı Stiv Cobsun ad günü ərəfəsində səslənib. Belə ki bu gün, fevral ayının 24-ü tarixində Stiv Cobs anadan olub. "Onun yoxluğunu hiss etmədiyim elə gün olmayıb" - deyə Tim Kuk öz təəssüratını  bildirib.
 




Baxış sayı: 819

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Aprel 2024

26 04 2024