12px13px15px17px
Tarix:29/03/12

Xaricdə vergi orqanları hər il informasiya texnologiyaları üzrə xərclərini 20 faiz artırır

Xarici ölkələrin vergi orqanları hər il informasiya texnologiyalarına xərclərini 20 faiz artırır. “İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, beynəlxalq təcrübə göstərir ki, hətta bu xərclər ümumdünya maliyyə böhranı zamanı da davam etdirilib.

Məsələ ilə bağlı danışan vergilər nazirinin beynəlxalq maliyyə qurumları ilə əlaqələr və təşkilati məsələlər üzrə müşaviri, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Asəf Əsədov bildirib ki, müasir vergi administrasiyasında analitik potensialın gücləndirilməsi, yeni analitik və informasiya texnologiyalarından sərbəst istifadə edən və yüksək biliklərə malik olan kadrların ixtisaslaşdırılması vergi orqanlarının dayanıqlı inkişafını təmin edir: «Dünyada vergi inzibatçılığı sahəsində innovasiyaları ilə tanınan Avstraliyanın vergi administrasiyası informasiya texnologiyaları infrastrukturunun, veb-portalının və analitik potensialının gücləndirilməsi məqsədi ilə 2005-2010-cu illərdə «ATO Change Program» adlanan İT Modernizasiyası layihəsinin icrası üçün 800 mln. dollara yaxın vəsait xərcləyib. Bu faktlar vergi inzibatçılığında İT-in vacibliyini və artan rolunu bir daha təsdiq edir».

A.Əsədov əlavə edib ki, müasir informasiya sistemləri İT təməlli vergi inzibatçılığının formalaşmasına dəstək verərək onun 4 əsas prinsip üzrə inkişafını təmin etməlidir: «Bunlar az xərclərlə yüksək səmərəliliyin əldə edilməsi, fərdi yanaşma, risklərin qiymətləndirilməsi və intellektual təhlildir».


SEYMUR




Baxış sayı: 721

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 May 2020

26 05 2020