12px13px15px17px
Tarix:12/04/12

Azərbaycanın normativ hüquqi aktlarının vahid elektron bazası yenilənir

Azərbaycanın normativ hüquqi aktlarının toplandığı vahid elektron bazasının fəaliyyəti ilə bağlı aparılan işlər mütəmadi təkmilləşdirilir. Hal-hazırda vahid internet informasiya resursunun elektron məlumat bazasının yerləşdiyi “http://e-qanun.az/” saytı Ədliyyə Nazirliyinin Qanunvericilik Baş İdarəsinin əməkdaşları tərəfindən gündəlik yenilənir.

Bu barədə “İCTnews” elektron xəbər xidmətinə Ədliyyə Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, elektron məlumat bazası respublikanın bütün normativ hüquqi aktlarının və normativ xarakterli aktların rəsmi mətnini özündə əks etdirir: ”Həmin internet elektron baza Ədliyyə Nazirliyinin sərəncamına 2006-cı ilin mart ayından verilib.

Vahid internet informasiya resursunun elektron məlumat bazasında respublikanın dövlət müstəqilliyi elan edildikdən sonra, yəni 1991-ci ildən başlayaraq, “Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı”nda, “Azərbaycan Respublikasının qanunvericilik toplusu”nda, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda, “Azərbaycan Respublikasının Milli Məclisinin Məlumatı”nda, “Azərbaycan Respublikasının normativ aktlarının bülleteni”ndə, “Azərbaycan” qəzetində gündəlik dərc edilmiş 21138-dən  yuxarı normativ hüquqi aktlar və normativ xarakterli aktlar - ölkə qanunları, prezidentin fərman və sərəncamları yerləşdirilib”.

Bundan başqa, vahid internet informasiya resursunun elektron məlumat bazasında Nazirlər Kabinetinin qərar və sərəncamları, Milli Məclisin, Konstitusiya Məhkəməsinin, Mərkəzi Seçki Komissiyasının qərarları, təlimatları və izahları, yerli icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, Mərkəzi Bankının normativ xarakterli aktları, Məhkəmə-Hüquq Şurasının, eləcə də Tarif (qiymət) Şurasının qərarları cəmlənib.

Bazada 17 məcəllə, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələri (Dağlıq Qarabağ münaqişəsinə dair), İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin qərarları da yerləşdirilib və bazanın yenilənməsi daim təmin edilir. Nazirlikdən bildirilib ki, normativ aktın axtarılmasında 2 üsuldan istifadə edilir.

Bunun üçün bazada nadir hallarda istifadə edilmək üçün nəzərdə tutulmuş “Səhifələr” seçimindən yeni sənədlərdən və ya daha mükəmməl olan “Axtarış” rejimi seçimi vasitəsilə aktları tapmaq üçün istifadə etmək mümkündür. Nazirlikdən bildirilib ki, məlumat bazasına daxil olduqda əks olunan hər ekran müvafiq yardım mesajı ilə təmin edilib.

Bazanın kitabxana bölməsində isə Ədliyyə Nazirliyinin kitabxanasında saxlanan kitabların elektron variantda ümumi siyahısı və axtarışı əks olunub. Bundan başqa, burada hüquqi terminlər lüğəti də yerləşdirilib: ”Hüquqi terminlər lüğəti zəruri termini və onun izahını tapmağa, eləcə də bu termini təsvir edən sənədə avtomatik olaraq keçməyə imkan verir.

Məlumat bazası Birləşmiş Ştatların Beynəlxalq İnkişaf üzrə Agentliyi və onun icraçısı - Ştat Məhkəmələri üzrə Milli Mərkəz Azərbaycan hökumətinin əməkdaşlığı ilə işlənib hazırlanıb. 2009-cu ildə isə “Green Yapım” MMC tərəfindən saytda və proqram təminatında axtarış sistemi və digər zəruri işlər görülüb. Hal-hazırda saytda nazirlik tərəfindən gündəlik yenilənmə işləri davam etdirilir”.
 
HƏQİQƏT
 




Baxış sayı: 2089

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






02 İyun 2020

01 06 2020

01/06/20
Alimlər natrium-ion batareyası hazırlayıblar

Alimlər natrium-ion batareyası hazırlayıb. Vaşinqton Universitetinin alimlərinin elmi işi “ACS Energy Let

01/06/20
2020-ci ildə dünyanın ən sürətlə inkişaf edən smartfon bazarının həcmi 15% azalacaq

Analitiklər əvvəllər dəfələrlə dünyada ən sürətlə inkişaf edən bazar kimi tanınan Hindistanın smartfonlar

01/06/20
Nazir Ramin Quluzadə uşaqlarla onlayn formatda görüşüb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Zəfər: Şəhid ailələrinə dəstək” İctimai Birliyi

01/06/20
“Android 11” sisteminin buraxılışı təxirə salınıb

“Google” şirkəti smartfonlar üçün “Android” əməliyyat sisteminin yeni versiyasının iyunun 3-nə nəzərdə

01/06/20
“MSI Creator 15” noutbuku “4К” formatlı ekranla təchiz edilib

“MSI” şirkəti peşəkar istifadəçilər üçün nəzərdə tutulan “Creator 15” portativ kompüterini

01/06/20
“Microsoft” korporasiyası “Windows 10” üçün yeniləmə təqdim edib

ABŞ-ın “Microsoft” korporasiyası “Windows 10” əməliyyat sistemi üçün “Windows 10 May 2020 Update&

01/06/20
Yeni “Redmi 10X” smartfonu satışa çıxarılıb

“Redmi” şirkəti iyunun 1-də Çində ötən həftə təqdim edilən “Redmi 10X” smartfonunu satışa çıxarıb. O,

01/06/20
“Android” smartfonları üçün yeni “Samsung” prosessoru təqdim edilib

“Samsung” şirkəti mobil prosessorlar çeşidini genişləndirərək “Exynos 850” adlı çip təqdim

01/06/20
“HUAWEI”nin yeni hazırlaması “5G” texnologiyasının istifadəyə verilməsini daha asan və ucuz edir

“5G” simsiz rabitə texnologiyası daha kütləvi “3G” və “4G” ilə müqayisədə sürət

01/06/20
Azərbaycanda poçt rabitəsinin yaradılmasından 202 il ötür

Azərbaycanda poçt rabitəsinin yaradılmasından 202 il ötür. Ölkəmizdə poçt rabitəsi Səfəvilərin hakimiyyəti