12px13px15px17px
Tarix:02/05/12

Planşet kompyuterlərinin tədarükü 47 faiz artacaq

“Digitimes Research” ekspertlərinin proqnozuna əsasən, 2012-ci ilin ikinci rübündə planşet kompyuterlərinin tədarükü 21,58 milyona çatacaq. Bu göstərici 2011-ci ilin analoji dövrü ilə müqayisədə 47,5 faiz çoxdur.

“İCTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, mütəxəssislərin fikrincə, “Apple” korporasiyası yaxın vaxtlarda aparıcı planşet tədarükçüsü olaraq qalacaq. “Asustek Computer” şirkəti “Android” platforması ilə işləyən 7 düymlü planşet istehsalı üzrə “Google” ilə əməkdaşlıq nəticəsində liderə bir qədər yaxınlaşa və reytinqdə üçüncü yerdə qərarlaşa bilər.






 
 
 
EMİL




Baxış sayı: 1170

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024